...

10 mindən çox "Renault" avtomobili geri çağırılıb

Cəmiyyət Materials 6 İyun 2017 21:08 (UTC +04:00)
"Renault" şirkəti Rusiyada 10 mindən çox avtomobili geri çağırıb.
10 mindən çox "Renault" avtomobili geri çağırılıb

Bakı. Trend:

"Renault" şirkəti Rusiyada 10 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar əyləc şlanqında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma son bir il ərzində Rusiyada satılmış “Kaptur” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti