...

Bakıda Formula-2 üzrə ikinci yarışda 2 bolid yarışda mübarizəni dayandırıblar

Cəmiyyət Materials 25 İyun 2017 14:56 (UTC +04:00)
"Dams" komandasının britaniyalı pilotu Oliver Rouland Bakıda Formula-2 üzrə ikinci yarışda mübarizəni dayandırıb
Bakıda Formula-2 üzrə ikinci yarışda 2 bolid yarışda mübarizəni dayandırıblar

Bakı. Ənvər Məmmədov - Trend:

"Dams" komandasının britaniyalı pilotu Oliver Rouland Bakıda Formula-2 üzrə ikinci yarışda mübarizəni dayandırıb.

Yarışın 9-cu dövrəsində Roulandın bolidi sürəti itirməyə başlayıb və texniki səbəbdən dayanıb.

Bundan əlavə, yarışı "Rapax" komandasının pilotu Nik de Vris vaxtından əvvəl dayandırmalı olub.

Hələlik yarışda lider "Petramina Arden" komandasının pilotu Norman Natodur.

Xatırladaq ki, Formula-2 üzrə ilk yarışda qalib “Prema Racing” komandasının pilotu Şarl Lekler olub. Moneqask bu gün 8-ci yerdən strat götürəcək. 7-ci yerdən ötən gün 2-ci yer tutmuş Nik de Vris (Rapax) start götürəcək. Ötən gün 3-cü yerdə qərarlaşan Nikolas Latifi (Dams) isə 6-cı yerdən start götürəcək.

Yarış 20 dövrə və ya 45 dəqiqə davam edəcək.

Hazırda pilotların mübarizəsində birinci pillədə Leklerk qərarlaşıb (108 xal), 2-ci pillədə "Mans"-ın pilotu Oliver Rouland (80 xal), 3-cü pillədə isə"Russia Time"ın pilotu Artem Makelov (72 xal).

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti