...

Danimarkalı azarkeş: "Qarabağ" möhtəşəm oyun sərgilədi

Cəmiyyət Materials 24 Avqust 2017 02:43 (UTC +04:00)
"Kopenhagen" - "Qarabağ" oyunu Türkiyənin İstanbul şəhərində də azarkeşləri bir araya gətirib.
Danimarkalı azarkeş: "Qarabağ" möhtəşəm oyun sərgilədi

Bakı. Trend:

"Kopenhagen" - "Qarabağ" oyunu Türkiyənin İstanbul şəhərində də azarkeşləri bir araya gətirib.

İstanbulda kafelərdən birində matçı seyr edən Danimarka klubunun azarkeşi Olaf Petersen oyun barədə təəssüratlarını bölüşərək Trend-ə bildirib ki, o, Azərbaycan klubunun belə parlaq oyun sərgiləyəcəyini gözləmirdi.

Danimarkalı azarkeş Ağdam klubunun azarkeşlərini təbrik edib:

Sizin komanda möhtəşəm oyun sərgilədi və buna görə də mən sizə püşkatmada uğurlar arzulayıram. Mən sizə yaxşı mənada qibtə edirəm, çünki Bakıya Avropanın "Real Madrid", "Barselona", "Mançester Yunayted", "PSJ" kimi yüksək səviyyəli klubları gələ bilər. Sizin məşqçi ağıllı strateqdir və "Qarabağ" qrup mərhələsini keçə bilər".

Qeyd edək ki, "Qarabağ" klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb. Beləliklə, 2 oyunun cəmi və səfər qolunun hesabına "Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti