...

Qabaqcıl rusiyalı psixoloq YARAT-da valideynlərə seminar keçib (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Avqust 2017 17:56 (UTC +04:00)
"Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi" adlı seminar keçirilib.
Qabaqcıl rusiyalı psixoloq YARAT-da valideynlərə seminar keçib (FOTO/VİDEO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı və DASSEL Duyğu Zehni İnkişafı Tədris Mərkəzinin təşkilatçılığı ilə "Akademiya Monsikov" tərəfindən "Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi" adlı seminar keçirilib.

YARAT-dan Trend-ə verilən məlumata görə, seminar qabaqcıl Rusiya psixoloqu, duyğu zehni üzrə mütəxəssis, "Akademiya Monsikov" layihəsinin müəllifi Viktoriya Şimanskaya tərəfindən aparılıb.

Viktoriya Şimanskaya EQ-factor laboratoriyasının partnyoru olan Reland Qrup Brendmenecment və Brendtexnologiyaların Tədqiqat Mərkəzində duyğu zehninin xüsusiyyətlərini öyrənir, həmçinin bir sıra Rusiya ali təhsil ocaqlarında duyğu zehni üzrə mühazirələrlə çıxış edir.

Seminarda öyrənilənlər:
• uşaqlıq dövründə qeyri-stabil emosiyalar hansı problemlərə gətirib çıxarır;
• uşağa təhsil almaqda necə kömək etməliyik;
• nə etməliyik ki, uşaq az yorulsun və çox nailiyyətlər əldə etsin;
• uşağın motivasiyalarını necə dəstəkləməliyik və müstəqil qərar qəbul etmək fürsətindən məhrum etməməliyik;
• uşağın həyatında fiziki inkişafın rolu nədir;

Həmçinin valideynləri maraqlandıran bütün suallar cavablandırılıb.
Seminar YARAT Müasir İncəsənət Mərkəzində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti