...

Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik

Cəmiyyət Materials 20 Sentyabr 2017 07:39 (UTC +04:00)
Azərbaycanda qapalı məkanlarda sulu qəlyanın istifadəsinin qadağan edilməsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə edilən təklif nəzərə alınıb və qanun layihəsinə müvafiq dəyişiklik edilib.
Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda qapalı məkanlarda sulu qəlyanın qadağan edilməsi ilə bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə edilən təklif nəzərə alınıb və layihəyə müvafiq dəyişiklik edilib.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir: "Ona görə sulu qəlyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilib".

Deputatın sözlərinə görə, qanun layihəsi payız sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, layihənin Milli Məclisdə ikinci oxunuşu zaman deputatlar sulu qəlyanın da qadağan olunmasını təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti