...

Bu şəxsləri dini təsir altına salmaq mümkün olmur

Cəmiyyət Materials 28 Sentyabr 2017 12:26 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Qurani-Kərim"i diqqətlə oxuyanları dini təsir altına salmaq mümkün olmur. Əfsuslar olsun ki, bu gün bəzi qadınlar "məscid" dedikdə dəfni, "qara paltar" dedikdə din başa düşürlər. Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır. Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qadınların dini bilik səviyyəsinin yüksəldilməsi üçün qadınların problemləri üzrə məşğul olan qeyri-hökumət təşkilatları DQİDK-ya müraciət edə bilər və bununla da onların fəaliyyəti koordinasiya edilə bilər.

M.Qurbanlı bu məqsədlə layihələrin həyata keçirilməsini də vacib sayıb.

Komitə sədri onu da deyib ki, bundan sonra mollalara imamlar deyə müraciət edilməlidir: "Bundan sonra molla deyilməyəcək. Mollaların hamısı imam adlandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti