...

Dövlət reyestrinə 13 yeni kartof sortu daxil edilib

Cəmiyyət Materials 4 Oktyabr 2017 19:23 (UTC +04:00)
Dövlət reyestrinə 13 yeni kartof sortu daxil edilib.
Dövlət reyestrinə 13 yeni kartof sortu daxil edilib

Bakı. Elçin Mehdiyev - Tend:

Dövlət reyestrinə 13 yeni kartof sortu daxil edilib.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, "Toxumçuluq haqqında" qanuna və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq regionlarda toxumçuluq və tingçiliyin genişləndirilməsi məqsədilə hesabat dövründə 5 hüquqi və ya fiziki şəxs özəl kartof toxumu istehsalı üzrə qeydiyyata alınıb. 2017-ci ildə dövlət reyestrinə yeni 13 kartof sortu daxil edilib.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 5 rayonunda fəaliyyət göstərən 6 kartof istehsalçısına 650 min manat həcmində güzəştli kredit ayrılıb.

2017-ci ilin yanvar-iyun ayları ərzində faraş kartof ixracı natural ifadədə 50,6 faiz, dəyər ifadəsində isə 63,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti