...

BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətini xüsusi vurğulayıb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2017 14:14 (UTC +04:00)
Rusiyanın Moskva şəhərində oktyabrın 11-dən etibarən BMT-ə üzv 70-dən çox ölkənin gənclər siyasətinə cavabdeh dövlət qurumlarının rəhbərləri və nazirlərin iştirakı ilə toplantı öz işinə başlayıb.
BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətini xüsusi vurğulayıb (FOTO)

Bakı. Trend:

Rusiyanın Moskva şəhərində oktyabrın 11-dən etibarən BMT-ə üzv 70-dən çox ölkənin gənclər siyasətinə cavabdeh dövlət qurumlarının rəhbərləri və nazirlərin iştirakı ilə toplantı öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 19-cü Dünya Gənclər və Tələbə fstivalı öncəsi baş tutan toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantı çərçivəsində BMT-ə üzv 70-dən çox ölkə nümayəndəsi gənclər siyasəti sahəsində fikir mübadiləsi aparıb, dövlət gənclər siyasətinin inkişafı istiqamətində təcrübələrini bölüşürlər.

Toplantının ilk günündə BMT-nin baş katibinin gənclər məsələləri üzrə müşaviri Cayatma Vikramanayake, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, gənclər məsələləri üzrə Federal agentliyin rəhbəri Aleksandr Buqayev, Rusiya Federasiyası prezidentinin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və İ.V.Lomonosov adına MDU-nin rektoru Viktor Sadovniçiy iştirak ediblər.

BMT-nin baş katibinin gənclər məsələləri üzrə müşaviri C.Vikramanayake çıxışında BMT tərəfindən gənclər siyasəti sahəsində həyata keçirilən layihələr haqqında məlumat verərkən, 2014-cü ildə Bakıda gerçəkləşdirilmiş Gənclər Siyasəti üzrə Qlobal Forumu xüsusi olaraq vurğulayaraq bildirib ki, Azərbaycan Hökuməti tərəfindən dəstək tapmış bu forum, ən yüksək səviyyədə həyata keçirilməklə bərabər, eyni zamanda dünyanın gənc liderlərinin bir araya gəlməsində müstəsna rol oynayıb. Bununla yanaşı, BMT rəsmisi forumun gənclər siyasətindəki mahiyyəti, daşıdığı önəmi, qəbul olunmuş qərarları, gənclərin gələcək inkişafındakı müsbət rolu ilə əvəzsiz olduğunu xüsusi olaraq qeyd edib.

Toplantıda çıxış edən gənlər və idman naziri A.Rəhimov Azərbaycanda aparalın gənclər siyasəti, qəbul olanan dövlət proqramları, gənclərin inkişafına yönəlik strategiya, onların elmi, intellektual, yaradıcılıq və digər sahələrdə özlərini realizələri üçün həyata keçirilən layihələr, QHT-lər ilə işin aparılması və digər mövzular haqqında məlumat verib. Bunula yanaşı, nazir 80-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı hərbi aqressiya, bunun nəticəsində torpaqlarımızın 20%-nin işğal altında qalmasını, yüzlərlə azərbaycanlı gəncin bu müharibənin qurbanları olmasını iştirakçıların diqqətinə çatdırıb.

Nazir deyib: “Bizim gənclərin inkişafı qarşısında duran əsas öhdəliklərimizdən biri onların ilk növbədə vətənpərvər vətəndaş olaraq yetişməsini təmin etməkdir. Gənclər siyasəti sahəsində qəbul olunan hər bir dövlət proqramı və 2015-25-ci illəri əhatə edən gənclərin inkişaf strategiyasında bu mövzu qırmızı xətt üzrə aparılır. Ölkəmiz müstəqillik qazandığı gündən gənclər və idman nazirliyinin əsas iş prinsiplərindən biri gənclərə ölkəni sevdirmək, bunun üçün onları ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı haqda daha dolğun və geniş məluatı özündə eks etdirən layihələrə cəlb etməkdir.”

A.Rəhimov hazırda ölkədə 40-dan çox gənclər evinin fəaliyyət göstərdiyini, dövlət Proqramından irəli gənlərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, 2011-15-ci illər Azərbaycan gəncliyi Dövlət Proqramı çərçivəsində 121-i beynəlxalq olmaqla, 675 tədbirin həyata keçirildiyi, son 5 ildə Gənclər və idman nazirliyi və Gənclər Fondunun dəstəyi ilə QHT-lərin 4300-dən çox layihəsinin dəstəkləndiyini, 2000-dən çox gəncin ancaq nazirliyin xətti ilə mübadilə proqramlarında iştirak etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

A.Rəhimov ölkəmizdə keçirilən Eurovision mahnı festivalı, Formula 1 Grand Prix turniri, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat üzrə Dünya Olimpiadası, 13-cü Gənclərin Dünya Skaut Forumu və digər tədbirlər haqqında məlumat verərək, bu layihələrin hər birinin ölkənin turizm patensialının inkişafı, tanıtımı, Azərbaycana təşrif buyuran jurnalist sayının artımı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Moskvaya səfər çərçivəsində A.Rəhimov Ümumçin gənclər təşkilatı idarə heyətinin sədri, Rusiya Federasiyası gənclərlə iş üzrə Federal Agentliyin rəhbəri, Qazaxıstan, Özbəkistan, Bəhreyn, Serbiya, Belarus, İran, Əfqanıstan, Moldova, Fələstinin gənclər siyasətinə məsul nazirləri, eyni zamanda Rusiya Federasiyasının baş nazirinin müavini Vitali Mutko ilə görüşlər keçirib.

Toplantı işini oktyabrın14-də yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti