...

MDU-nun Bakı filialı abituriyentləri Açıq Qapı Gününə dəvət edir

Cəmiyyət Materials 14 Oktyabr 2017 15:00 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri 2018-2019-cu tədris ilində Filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə Açıq Qapı Gününə dəvət edir.
MDU-nun Bakı filialı abituriyentləri Açıq Qapı Gününə dəvət edir

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri 2018-2019-cu tədris ilində Filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə Açıq Qapı Gününə dəvət edir.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə etmək mümkün olacaq.

Açıq Qapı Günü 21 oktyabr 2017-ci il tarixində saat 14:00-da Bakı şəh., H.Cavid prospekti, 133 ünvanında keçiriləcək (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında).

Əlaqə telefonu: (012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti