...

Qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinən sahələr açıqlandı

Cəmiyyət Materials 30 Noyabr 2017 12:07 (UTC +04:00)
Qeyri-rəsmi məşğulluğa ticarət, iaşə, xidmət sahələrində daha çox rast gəlinir.
Qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinən sahələr açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Qeyri-rəsmi məşğulluğa ticarət, iaşə, xidmət sahələrində daha çox rast gəlinir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nında proritet istiqamətlər göstərilib.

Ə.Əhmədov deyib ki, tədbirlər planında əsas istiqamətlərdən biri qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün daha çevik hüquqi bazanın yaradılmasından ibarətdir.

Baş nazirin müavini qeyd edib ki, əgər qanunvericilikdə hər hansı boşluqlar varsa, sahibkarlar bundan istifadə edərək əmək müqaviləsi olmadan insanları işlədirlər.

Ə.Əhmədovun sözlərinə görə, bu gün qanunvericilikdə belə bir boşluq var və sahibkarlar bundan istifadə etməklə əmək müqaviləsi bağlamaqdan yayınırlar: “Bu da vergilərdən yayınmaya, sosial problemlərin yaranmasına gətirib çıxarır”.

Baş nazirin müavini qeyd edib ki, istiqamətlərdən biri də inzibatçılığın və nəzarət mexanizminin təkmilləşdirilməsidir: “Azərbaycanda qanunvericilikdə qeyri-rəsmi məşğulluğa görə o qədər də sərt olmayan cərimələr nəzərdə tutulub. Avropa ölkələrində isə qeyri-rəsmi məşğulluğa görə daha sərt tədbirlər həyata keçirilir. Bu mənada bizim sərt olmayan cərimələr sistemimiz mövcuddur, ancaq ola bilsin bunlara yenidən baxılacaq. Həmçinin, nəzarət mexanizminin gücləndirilməsinə diqqət ayrlacaq. Təbliğat və monitorinq tədbirləri həyata keçiriləcək. Elə nəzarət mexanizmi həyata keçirməyə çalışırıq ki, yoxlamalar olmadan qeyri-məşğulluğu ortaya çıxaraq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti