...

Azərbaycanda bu şəxslərin banklarda əmanətləri artıb

Cəmiyyət Materials 14 Dekabr 2017 20:21 (UTC +04:00)
2017-ci ilin oktyabr ayının yekunlarına əsasən Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətləri (depozitləri) 19,7 milyard manat təşkil edib
Azərbaycanda bu şəxslərin banklarda əmanətləri artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin oktyabr ayının yekunlarına əsasən Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətləri (depozitləri) 19,7 milyard manat olub.

Trend-in məlumatına görə, Mərkəzi Bankın hesabatında qeyd olunub ki, bankların depozit bazası bir ay ərzində 1,1 faiz artıb, illik müddətdə isə 11,4 faiz azalıb.

Hesabat dövründə milli valyutada depozitlər 5,03 milyard manat təşkil edib ki, onlardan 2,73 milyard manatı tələb olunanadək, 2,3 milyard manatı müddətli depozitlərdir.

Bundan başqa, konvert olunan valyutada əmanətlər 14,67 milyard manata bərabər olub. Onlardan 6,33 milyard manatı tələb olunanadək, 8,33 milyard manatı müddətli depozitlərdir.

Beləliklə, noyabrın 1-dək olan vəziyyətə əsasən banklardakı əmanətlərin 25,5 faizi manatda, 74,5 faizi xarici valyutada olub.

Bu ilin oktyabr ayında fiziki şəxslərin əmanətləri 7,28 milyard manatı ötüb. Bunun 69,9 faizi və ya 5,09 milyardı xarici valyutada olub. Bir ay ərzində sakinlərin əmanətləri 3,7 faiz artıb, illik müddətdə isə 1,8 faiz azalıb.

Azərbaycan banklarında hüquqi şəxslərin depozitlərinin ümumi həcmi 12,42 milyard manat təşkil edib ki, bu ötən ilin oktyabr ayı ilə müqayisədə 13,8 faiz azdır.

2017-ci ilin noyabrın 1-dək Azərbaycan maliyyə təşkilatlarının depozitləri 2,05 milyard manat təşkil edib. Ötən ilin oktyabrında bu rəqəm 5,32 milyard manata bərabər idi. Maliyyə təşkilatlarının əmanətlərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının təkrar strukturlaşdırılması ilə bağlıdır. Qeyri-maliyyə təşkilatlarının depozitlərinin həcmi 10,36 milyard manata bərabər olub. Ötən ilin oktyabrında bu rəqəm 9,5 milyard təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti