...

Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər - Tədqiqatın nəticəsi

Cəmiyyət Materials 5 Mart 2018 13:21 (UTC +04:00)
Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər.
Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər - Tədqiqatın nəticəsi

Bakı. İlhamə İsabalayeva - Trend:

Aparılan sorğuların nəticələrinə görə, Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, adıçəkilən tədqiqata cəlb olunan 6000-ə yaxın 4-cü sinif şagirdinin dərsə davamiyyəti yüksək səviyyədə olub. Bu şagirdlərin 55 faizi həmişə dərsə gəlib. Şagirdlərin 24 faizi ayda bir dəfə, 6 faizi 2 həftədə bir dəfə, 15 faizi isə həftədə bir dəfə və çox dərs buraxıb. Azərbaycanda həftədə bir dəfə, yaxud 2 həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə gündəlik dərsə gələn şagirdlərin göstəriciləri arasında 40 bala qədər fərq var.

E.Əmrullayev əlavə edib ki tədqiqata cəlb olunan şagirdlərin 88 faizi özünü məktəbə bağlı hiss edir. Bu, ümumi PIRLS orta göstəricisindən yuxarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti