...

Qaradağda Beynəlxalq Qadınlar Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2018 16:39 (UTC +04:00)
Süleyman Mikayılov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib.
Qaradağda Beynəlxalq Qadınlar Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Qaradağda Beynəlxalq Qadınlar Günü qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak ediblər.

S.Mikayılov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Bildirib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulub, Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Daha sonra S.Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Bununla yanaşı tədbirdə iştirak edənlər də diqqətdən kənarda qalmayaraq hər birinə hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti