...

Bakının mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulması TƏKLİF edilir

Cəmiyyət Materials 16 Mart 2018 13:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur: “Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa, daha yaxşı olar”.

Deputat hesab edir ki, bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər: “Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti