...

Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

Cəmiyyət Materials 20 Aprel 2018 09:15 (UTC +04:00)
Bakı Metropolitenində stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.
Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

Bakı. Samir Əli - Trend:

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazirin səlahiyyətlərini icra edən Artur Rasi-zadə imzalayıb.

Qərara görə, stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti