...

Lvovda görkəmli elm xadimi Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2018 13:36 (UTC +04:00)
Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Lvovda görkəmli elm xadimi Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, 1 saylı Şəhər Klinik Xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzdə keçirilən anım tədbirində səfirliyin nümayəndələri, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Lvov Şəhər Şurasının deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov Şəhər Klinik Xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub:

“Zərifə xanım Əliyeva istedadlı alim, görkəmli pedaqoq, parlaq zəka sahibi, bacarıqlı həkim və tanınmış ictimai xadim olub. Zərifə xanım Əliyevanın tək elm və peşə sahəsində deyil, mənəviyyatın bir nömrəli meyarı olan insanlıq tarixində də böyük xidmətləri olub. Bu xidmətlərin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb. Bu xidmətlər neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb”.

Lvov Vilayət Administrasiyasının Milli və dini idarəsinin rəhbəri Lesya Kornat, Lvov Şəhər Radasının deputatı Roman Qrıçeviç, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digər natiqlər Zərifə Əliyevanın keçdiyi ömür yolundan danışıblar. Bildiriblər ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz üçün ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir.

Sonra anım mərsimində Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunan sənədli filmə baxılıb. Tədbirin sonunda isə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Lvov vilayətində yaşayan diaspor fəallarını xüsusi diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti