...

Bakıda çoxmərtəbəli binada yanğın zamanı zəhərlənən şəxsin kimliyi məlum oldu

Cəmiyyət Materials 28 Aprel 2018 15:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda çoxmərtəbəli binada baş verən yanğın hadisəsi zamanı tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan şəxs 1992-ci il təvəllüdlü Həsənov Samir Elxan oğludur. Xəstə zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, bu gün Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti