Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bunu Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib.
Komissiya üzvünün sözlərinə görə, iclasda 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
R.Məcid qeyd edib ki, komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 600-dən artıq müraciətə baxıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.