Avstraliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib (FOTO)

Avstraliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib (FOTO)

Bakı. Trend:

Kanberra şəhərində Azərbaycanın Avstraliyadakı səfirliyinin təşkilatçılığı və ölkəmizin Avstraliyadakı Fəxri Konsulluğunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbərləri, Kanberrada akkreditə olunmuş diplomatik missiyaların başçıları və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 250 nəfərə yaxın qonaq iştirak edib.

Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə əsas qonaq qismində iştirak edən Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəhbəri xanım Lindal Saks (Lyndall Sachs) Avstraliya hökuməti adından Azərbaycan Prezidentini və xalqını bayram münasibəti ilə təbrik edib. Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə tədbirdə çıxış edərək, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs edib, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu xüsusilə vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verib. 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən E.Həbibzadə, müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşdiyini bildirib. Lakin buna baxmayaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılıb və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub.

Azərbaycanlı diplomat ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. E.Həbibzadə müasir Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib. Azərbaycan-Avstraliya əlaqələrinə toxunan diplomat ölkəmizin Avstraliya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Avstraliyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayaraq, Avstraliya tərəfinə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verilən ardıcıl dəstəyə görə təşəkkürünü ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva son illər ərzində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rol oynadığını vurğulayıb. Eyni zamanda o, son dövrlərdə iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını, o cümlədən 2017-ci ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, tədbir zamanı çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli (Craig Kelly) ötən illər ərzində Avstraliya Parlamenti nümayəndə heyətinin tərkibində ölkəmizə həyata keçirdiyi səfərlər ilə bağlı xatirələrini bölüşüb. O, həmin səfərlər zamanı Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi nailiyyətlərinin canlı şahidi olduğunu vurğulayıb. K.Kelli qeyd edib ki, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı bəzi qonşu dövlətlər üçün nümunə olmalıdır. Eyni zamanda, o, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini hər zaman dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb. Eyni zamada, bu işdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və onun rəhbəri Xanlar Fətiyevin fəaliyyəti yüksək qiymətləndirilib.

Tədbir zamanı Azərbaycanın əməkdar artisti Sevinc Hüseynli Azərbaycan milli rəqslərini ifa edib. Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan ruhu” (The Spirit of Azerbaijan) və Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı videoçarxlar nümayiş etdirilib, eləcə də iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılıb. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.

Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
Loading Bars
Xəbər lenti
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
İsrailli jurnalistlərin Ağdama səfəri başlayıb (FOTO)
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Kürün bir hissəsində təmizləmə işləri aparılıb (FOTO)
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Füzuli rayonunun Sərdarlı kəndi (VİDEO)
Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri
Xocalı polisi reyd keçirib (FOTO)
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Martda 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir (FOTO)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Bakıda mənzildən kişi meyiti tapılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb
Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb
COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri
Qazaxıstanda son sutkada koronavirusa 2 179 nəfər yoluxub
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Bütün xəbərlər