...

Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb

Cəmiyyət Materials 19 İyul 2018 22:00 (UTC +04:00)
Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.
Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb. Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması və onların idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxıstan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb.

Bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı logistika qovşağının yaradılması istiqamətində bir sıra tədbirlər icra edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında “Terminal 1” yeni aerovağzal kompleksi istismara verilib. 2017-ci ildə 12 yeni xarici aviaşirkət uçuşları həyata keçirməyə başlayıb.

Bundan başqa, “Buta Airways” şirkəti yaradılmış və 2017-ci il sentyabr ayından ilk aşağıbüdcəli uçuşların təşkilinə başlanıb. Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Yalama-Astara dəmiryol xəttinin Sumqayıt-Yalama hissəsinin texniki iqtisadi əsaslandırılması hazırlanıb. Özəl sektorun dəniz nəqliyyatının inkişaf etdirilməsində rolu araşdırılıb və maye yük daşımaları, quru yük daşımaları, vaqon və avtotexnika daşımalarının hər biri ayrı-ayrılıqda təhlil olunub.

Həmçinin deyilir ki, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “DP World” arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən müvafiq qanun layihəsi hazırlanıb. Ticarətyönümlü emal mərkəzinin yaradılması məqsədilə Ələt Azad Ticarət Zonasının texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Eyni zamanda, beynəlxalq məsləhətçi şirkətlə birlikdə Ələt Azad Ticarət Zonasının GZİT təhlili aparılıb, əlverişli coğrafı mövqedə yerləşməsi, geniş iqtisadi imkanların – 1000 km məsafədə olan böyük bazarlara yaxınlığı, Şərq-Qərb və Şimal-Cənub yük daşınması axınlarının kəsişmə nöqtəsində yerləşməsinin yaratdığı üstünlüklər ətraflı şəkildə təqdimatda göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti