...

Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb

Cəmiyyət Materials 2 Avqust 2018 11:46 (UTC +04:00)
Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb.
Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb. Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan - 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.

Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2018-ci ildə qeydiyyatdan keçən dini icmaların sayı ümumilikdə 39-dur. Bunların 13-ü aprel ayında, 26-sı isə iyul ayında qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti