...

"Ə.Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 27 Sentyabr 2018 15:43 (UTC +04:00)
Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq nəşr etdiyi "Əlimərdan Bəy Topçubaşov: ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib.
"Ə.Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib

Bakı. Trend:

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq nəşr etdiyi "Əlimərdan Bəy Topçubaşov: ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbiri giriş sözü ilə təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov açaraq, sözügedən nəşri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə əlaqədar əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra söz kitabın tərtibçisi – Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevə verilib. Nəşrin ərsəyə gəlmə prosesi barədə ətraflı məlumat verən alim, böyük siyasi xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsinin toplandığı kitabın Azərbaycanın müstəqillik tarixinin müfəssəl araşdırılması, eləcə tarixçilər, diplomatlar, politoloqlar, xüsusən diplomatiya tədrisi, eləcə, hər bir azərbaycanlı üçün dəyərli mənbə olduğunu bildirib.

Daha sonra Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyası “Siyasi idarəetmə” fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Solmaz Rüstəmova-Tohidi, Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru Havva Məmmədova, Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək, kitabla bağlı fikir və mülahizələrini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti