...

Qırğızıstan Prezidenti MDB Sərhəd Qoşunları Komandanları Şurasının 80-ci iclasının iştirakçılarını qəbul edib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2018 08:39 (UTC +04:00)
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Bişkekdə keçirilən 80-ci yubiley iclasının iştirakçılarını qəbul edib.
Qırğızıstan Prezidenti MDB Sərhəd Qoşunları Komandanları Şurasının 80-ci iclasının iştirakçılarını qəbul edib (FOTO)

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Bişkekdə keçirilən 80-ci yubiley iclasının iştirakçılarını qəbul edib.

Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev görüşdə iştirak edib.

Prezident Sooronbay Jeenbekov bildirib ki, MDB-nin üzvü olan ölkələrin dövlət başçıları müasir risklərin təhlükəli olduğunu anlayır və Birlik ölkələrinin sərhədlərinin etibarlı qorunmasına çalışırlar. Dövlət başçısı MDB ölkələri arasında əlaqələrin genişləndirilməsinin, sərhəd xidmətlərinin daha da yaxından əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.

Beynəlxalq terrorizmə, ekstremizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin aparılmasının əhəmiyyətini vurğulayan Qırğızıstan Prezidenti bu baxımdan Şuranın fəaliyyətini xüsusi qeyd edib.

MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov iclasda müzakirə olunan məsələlər barədə Prezident Sooronbay Jeenbekova məlumat verib.

Görüşdə dövlət başçısına MDB Sərhəd Qoşunları Komandanları Şurasının xatirə medalı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti