...

Azərbaycana Özbəkistandan gətirilən 31 ton kişmiş zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2018 17:55 (UTC +04:00)
AQTA mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.
Azərbaycana Özbəkistandan gətirilən 31 ton kişmiş zərərsizləşdirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA-nın mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.

Qeyd edək ki, AQTA əhalinin sağlam qida ilə təminatı istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti