Bakı. Ləman Zeynalova - Trend:
“İraq Hava Yolları” aviaşirkəti Azərbaycanda öz filialını açıb.
Trend bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, filial 2018-ci il oktyabrın 30-u Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində qeydiyyata alınıb.
Şirkətin rəsmi nümayəndəsi İraq vətəndaşı Əbdülkərim Əhməddir.
Qeyd edək ki, “İraq Hava Yolları” 1945-ci ildə yaradılıb və Yaxın Şərqin ilk aviaşirkətlərindəndir.