...

Gecədən paytaxtın bu ərazilərinə su verilişi dayandırılacaq

Cəmiyyət Materials 25 Dekabr 2018 17:40 (UTC +04:00)
Kür-Bakı magistral su kəmərində təmir-bərpa işləri aparılacaq.
Gecədən paytaxtın bu ərazilərinə su verilişi dayandırılacaq

Bakı. Trend:

Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti