...

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirildi - Yağışa görə

Cəmiyyət Materials 3 Yanvar 2019 17:50 (UTC +04:00)
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirildi - Yağışa görə

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Zığ dairəsi Hava limanı istiqamətində də sürətlər endirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti