...

TV və radio işləməyəcək - Hansı günlərdə?

Cəmiyyət Materials 21 Yanvar 2019 13:42 (UTC +04:00)
Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb
TV və radio işləməyəcək - Hansı günlərdə?

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

Bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib.

Məlumata əsasən, bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:

"Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti