ADU tələbələri pedaqoji və istehsalat təcrübələrinə yollanırlar (FOTO)

ADU tələbələri pedaqoji və istehsalat təcrübələrinə yollanırlar (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, rektor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.

Akademik Kamal Abdulla ADU tələbələrinin bu il artıq ikinci dəfədir ki, məcburi köçkün məktəblərinə təcrübəyə yollandıqlarını bildirib: “Gənclərimiz ikinci dəfədir ki, bu marşrutla hərəkət edəcəklər. Adətən, pedaqoji təcrübə Bakı məktəblərində baş tutur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın digər regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini biruzə verir, müəllimlərimizin bizimlə əl-ələ verdiyinin göstəricisidir. Buna görə tələbələrimizə və müəllimlərimizə universitet rəhbərliyi adından təşəkkür edirəm”. K.Abdulla tələbələrin özlərini ilk dəfə müəllim kimi sınamaq imkanına sahib olacaqlarını deyib: “Sizin həyatınızda çox böyük məqamdır, gələcək fəaliyyətinizə işıq salan haldır. Görəcəksiniz ki, o şagirdlərin qəlbində sizin izinizin qalması ilə yanaşı, sizin də qəlbinizdə həmin şagirdlərin izi qalacaq. İlk təcrübə ilk məhəbbət kimidir. Arzu edirəm ki, təcrübəni könül xoşluğu ilə başa vurasınız. Əminəm ki, geri qayıdarkən gözlərinizdə qayğı, həsrət hissləri olacaq, onları böyük məhəbbətlə, niskillə xatırlayacaqsınız”.

Rektor K.Abdulla məcburi köçkün məktəblərində təcrübə keçən tələbələrin böyük təəssüratlarla qayıdacaqlarını söyləyib: “Bu təcrübə yalnız pedaqoji istiqamətdə qurulmamalıdır. Bu təcrübənin daha da zənginləşməsi üçün biz hər cür imkandan istifadə edəcəyik. Bizim əməkdaşlarımız məktəblərə sizi ziyarət etməyə gələcəklər. Siz orada müxtəlif tədbirlər təşkil edəcəksiniz. Sizi çox maraqlı ünsiyyət gözləyir. Bu ünsiyyət gələcəkdə sizin müəllim peşəsinə yiyələnməyinizə son dərəcə böyük impuls verəcək”.

K.Abdulla məktəblərdə nizam-intizam qaydalarına riayət olunması barədə tövsiyələrini verib: “Siz bizim göyərçinlərimizsiniz. Bizi getdiyiniz yerlərdə təmsil edirsiniz. Sizin oradakı rəftarınızdan, peşənizə olan sevgini nümayiş etdirmə bacarığınızdan universitetimizə olan maraq və diqqət formalaşacaq”.

O, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin vətən nisgilini azaltmaqda tələbələrin məsuliyyət daşıdığını qeyd edib: “Təsəvvür edin, əvvəllər məcburi köçkün məktəblərində vəziyyət acınacaqlı idi. Məktəblər vaqonlarda yerləşirdi. Amma indi Heydər Əliyev Fondunun köməyi ilə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından fəaliyyəti nəticəsində inşa edilən məktəbləri, yaradılan şəraiti, uşaqlardakı oxumaq həvəsini görəndə özünüz oradan ayrılmaq istəməyəcəksiniz. Amma şagirdlərdə oxumaq həvəsi ilə yanaşı, gözlərində nisgil də var. Siz bu nisgilin aradan götürülməsini təmin etməlisiniz. Bu gün ölkəmiz də, Prezidentimiz də bu istiqamətdə əlindən gələni edir. Biz görürük ki, ölkə rəhbəri dünya liderləri ilə danışıqlar aparır, dünyanı inandırmağa çalışır ki, Azərbaycan həqiqəti haradadır, nədən ibarətdir? Ona görə də sizin öhdənizə belə bir ictimai-siyasi missiya düşür ki, o uşaqlarla, müəllimlərlə də ünsiyyətinizdə bütöv azərbaycançılıq obrazının yaradılmasına gətirib çıxarasınız. Dərsdənkənar ünsiyyət böyük əhəmiyyət kəsb edir. Bu, yalnız pedaqoji təcrübə deyil, hər birinizin ictimai-siyasi fəaliyyətinizdir. Bununla siz sübut edirsiniz ki, ölkə prezidentinin yanındasınız, ölkənin siyasi xəttinin həyata keçirilməsində fəal iştirakçısınız. Bu, bizim dünyaya nümayiş etdirmək istədiyimiz Azərbaycan həqiqətlərinin əhəmiyyətli hissəsidir”.

Proqramların tərtib olunduğunu deyən K.Abdulla universitetin tələbələrə görəcəkləri işlərlə bağlı hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.

ADU-nun rektoru K.Abdulla istehsalat təcrübəsinin tələbələrin peşəkarlığının daha da təmkilləşməsinə xidmət etdiyini deyib: “İndi təcrübəsinə getdiyiniz qurum gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq, peşəkar kimi hərəkət etməyinizin səbəbi olacaq. Hər il olduğu kimi, bu il də universitet çalışıb ki, getdiyiniz təcrübə yerlərinin coğrafiyası genişlənsin. Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa hazırlaşan, digər dövlət qurumlarında çalışmağa hazırlaşan gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir. Bu iki istiqamətlə biz tam püxtələşmiş Azərbaycan vətəndaşının addımlarını hiss edirik, onun gələcək hazırlığının ilk ştrixlərini, eskizlərini görürük. Getdiyiniz yerlərdə əmək kollektivi ilə birlikdə müəyyən işin öhdəsindən gəldiyiniz zaman burada öyrəndiyiniz vərdişləri təcrübədən keçirmək imkanı əldə edəcəksiniz. Elə etmək lazımdır ki, getdiyiniz yerlərdə sizin barənizdə doğru-dürüst təsəvvür olsun. Sizin haqqınızda olan təsəvvür, eyni zamanda universitet haqqında təsəvvürə çevrilsin”. Rektor bu mərhələnin universitet həyatının son dərəcə vacib mərhələsi olduğunu deyib: “Bu, sizin təkcə peşəkar kimi deyil, eyni zamanda azərbaycançılıq, dövlətçilik ideyaları ilə yaşayan gənclər, vətəndaşlar kimi püxtələşəcəyiniz mərhələdir. Ölkə prezidentinin hər zaman qeyd etdiyi kimi, Azərbaycanın işıqlı gələcəyinə doğru gedən yolda gənclərimiz bütün cəmiyyətimizi, milləti təmsil edir. Əminəm ki, siz də dövlətin iftixar mənbələrindən birisiniz və harada olmağınızdan asılı olmayaraq, doğma universitetinizin şərəfini uca tutacaqsınız”. Təcrübə müddətində universitetlə mütəmadi əlaqə saxlamalarını tövsiyə edən rektor tələbələrin fəaliyyətinin unviersitet əməkdaşları tərəfindən nəzarətdə olacağını bildirib. Təcrübə keçəcəkləri müəssisələrin nizam-intizam qaydalarına riayət olunmasının vacibliyindən danışan rektor təcrübədən xoş münasibətlər quraraq, dostlar qazanaraq geri qayıtmalarını arzulayıb.

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib. O, ötən və cari tədris ilindəki təcrübə prosesinin təşkili haqqında müqayisələri diqqətə çatdırıb. M.İsmayılov təcrübəçilər tərəfindən keçən təcrübə müddətində Bakı və bölgə məktəblərində bir sıra tədbirlərin təşkil olunduğunu xatırladaraq bu il də 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Nəsimin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, eyni zamanda müxtəlif kitabların təqdimatları, seminar və mühazirələr, azərbaycançılıq və multikulturalizm haqqında dəyirmi masalar, şagirdlər arasında müsabiqələrin keçiriləcəyindən söz açıb. O, 2018-2019-cu tədris ilində ümumilikdə 1100-ə yaxın tələbənin pedaqoji təcrübəyə gedəcəyini deyib. M.İsmayılov bildirib ki, pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 70-dən çox məktəb-liseyində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi şəhərlərində yerləşən məcburi köçkün məktəblərində və Qəbələ, Sabirabad, Quba, Şamaxı, Masallı rayonlarının ucqar kənd məktəblərində təcrübə keçəcəklər. M.İsmayılov bildirib ki, pedaqoji və istehsalat təcrübələri 2019-cu ilin fevral ayının 18-dən başlayacaq. O, pedaqoji təcrübənin ümumilikdə 14 həftə, bölgə məktəblərində isə 4 həftə davam edəcəyini deyib.

M.İsmayılov əlavə edib ki, ümumilikdə istehsalat təcrübəsinə cəlb edilən 500-ə yaxın tələbə isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, AMEA-nın institut və idarələri, tərcümə mərkəzləri, televiziyalar, informasiya agentliklərində, həmçinin İmişli Rayon İcra Hakimiyyəti və Goranboy rayon Heydər Əliyev Mərkəzində 14 həftə müddətində təcrübə keçəcəklər.

M.İsmayılov daha sonra pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışıb, qiymətləndirmə prosesi barədə məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması, təcrübə rəhbərlərinin təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Loading Bars
Xəbər lenti
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Bütün xəbərlər