...

Azərbaycan gimnastı: Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam

Cəmiyyət Materials 17 Fevral 2019 16:44 (UTC +04:00)
Bakıda Dünya Kubokunda qızıl medal qazanmadığım üçün üzüldüm, ancaq məşqçim çıxışımdan razı qaldı, bu məni sevindirir.
Azərbaycan gimnastı: Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam

Bakı. Cani Babayeva - Trend:

Bakıda Dünya Kubokunda qızıl medal qazanmadığım üçün üzüldüm, ancaq məşqçim çıxışımdan razı qaldı, bu məni sevindirir.

Bunu Trend-ə Azərbaycan gimnastı Mixail Malkin deyib.

M.Malkin bildirib: "Mənim rusiyalı rəqibim Vadim Afanasyev öz rekordunu yenilədi, buna görə də mən risk etmədim və ancaq ikinci yerdə qalmaq üçün çətin olmayan proqramı yerinə yetirmək qərarına gəldim. Afanasyev çıxışı zamanı səhv etdi, əgər mən risk etsəydim və daha çətin proqramı yerinə yetirsəydim, daha yaxşı nəticəni əldə edə bilərdim".

Növbəti yarışlar arasında Malkin Tokioda keçiriləcək Dünya Çempionatını vurğulayıb: "Rusiyada və İspaniyada Dünya Kubokları keçiriləcək, ancaq ən əsası Tokioda Dünya Çempionatıdır, böyük əzmlə hazırlaşacam".

Qeyd edək ki, 16-17 fevral tarixlərində Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti