...

Fevralın 10-da keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2019 14:24 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
Fevralın 10-da keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti