...

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

Cəmiyyət Materials 4 Mart 2019 18:20 (UTC +04:00)
AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

Bakı. Trend:

M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının üzvlərinin Ümumi Yığıncağının iclasında M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib. http://rusacademedu.ru/news/v-rossijskoj-akademii-obrazovaniya-proshlo-obshhee-sobranie-chlenov-rao/

Trend-in məlumatına görə, Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedur – səslərin elektron hesablanması vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu əsasında seçilib. Bu sistemdən Rusiya Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümum-Rusiya seçkilərində istifadə olunur. Səsvermədə iclasa qatılan bütün Akademiya üzvləri iştirak ediblər.

Ümumi Yığıncağın iclasında 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezidenti Administrasiyasının, Rusiya hökumətinin, federal nazirlik və qurumların, Rusiya Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər. Əsas müzakirə mövzusu “Təhsil”, “Elm” milli layihələrinin reallaşdırılmasında Rusiya Təhsil Akademiyasının iştirakı, eləcə də Akademiyanın perspektiv inkişaf planları və gələcək irimiqyaslı layihələr olub. İclasın ikinci hissəsində Akademiyanın yeni üzvləri və onun idarəetmə orqanlarının nümayəndələri seçilib.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Hannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyası) da Rusiya Təhsil Akademiyasının xarici üzvləri seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti