...

İlahiyyat İnstitutunda tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir (FOTO)

Cəmiyyət Materials 16 Mart 2019 16:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsi tələbələr üçün türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin “Ovcuzumuzdakı kəpənək” mövzusunda çıxışı nümayiş etdirilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti