...

Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir

Cəmiyyət Materials 17 Aprel 2019 12:08 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir.
Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı "Açıq qapı" günü elan edir.

Trend-in məlumatına görə, "Açıq qapı" günü 20 aprel 2019-cu il tarixində, saat 14:00-da keçiriləcək.

Abituriyenlər 2019/2020-ci tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola biləcəklər; həmçinin MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığı)

Əlaqə telefonu: (012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti