...

Ağdamda arpa biçininə başlandı, məhsuldarlıq yüksəkdir

Cəmiyyət Materials 10 İyun 2019 09:23 (UTC +04:00)
Ağdam rayonunda taxıl biçininə start verilib.
Ağdamda arpa biçininə başlandı, məhsuldarlıq yüksəkdir

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda taxıl biçininə start verilib.

Bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayon ərazisində arpa bitkisinin biçini başlayıb: "Artıq 300 hektar sahə biçilib. Hazırda arpa üçün məhsuldarlıq orta hesabla 36,5 sentnerdir. Rayon üzrə 2215 hektar arpa əkilib".

Həmçinin qeyd edilir ki, bu il rayon ərazisində 12 min 228 hektar buğda əkilib: "Ötən il 11 min 874 hektar buğda, 2181 hektar arpa əkilib. 2018-ci ildə arpa bitkisində məhsuldarlıq 34,4 sentner olub".

Rayon ərazisində bir müddət öncə taxıl sahəsində qeydə alınan yanğın hadisəsinə gəlincə isə İcra Hakimiyyətindən bildiriblər ki, hadisə rayonun 4 yol adlanan ərazisində fərdi əkin sakəsində baş verib: "2,5 hektarlıq taxıl sahəsinə od düşüb və yanğın nəticəsində buğda sahəsinin 1 hektara yaxın hissəsi yanıb. Sahənin digər hissəsi yanğından mühafizə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti