...

Axşam saatlarında ölkə ərazisində hava kəskin dəyişib, güclü külək olub

Cəmiyyət Materials 29 İyun 2019 23:05 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi barədə məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti