...

Metronun "Nərimanov" stansiyasında uşaq itib

Cəmiyyət Materials 16 İyul 2019 19:00 (UTC +04:00)
Paytaxtda metronun "Nərimanov" stansiyasında uşaq itib.
Metronun "Nərimanov" stansiyasında uşaq itib

Bakı. Samir Əli - Trend:

Paytaxtda metronun "Nərimanov" stansiyasında uşaq itib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, azyaşlı uşaq diqqətsizlikdən anasından ayrı düşərək “Dərnəgül” xətti ilə hərəkət edən qatara minib.

Uşağın anası dərhal metropoliten işçilərinə xəbər verdikdən sonra məlumat əsasında azyaşlı “Gənclik” metrostansiyasında metropoliten və polis əməkdaşları tərəfindən qarşılanaraq anasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti