...

"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib

Cəmiyyət Materials 24 İyul 2019 09:02 (UTC +04:00)
"Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.
"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib

Bakı. İlhamə İsabalayeva - Trend:

"Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti