...

Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib

Cəmiyyət Materials 30 İyul 2019 11:51 (UTC +04:00)
2019-cu ildə Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib.
Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ildə Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bununla da Azərbaycanda fəaliyyət göstərən dini icmaların ümumi sayı 942-ə çatıb.

Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda 748 pir və ziyarətgah var, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti