...

Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb

Cəmiyyət Materials 6 Avqust 2019 09:05 (UTC +04:00)
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərib sayı 75 nəfərə çatıb.
Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi tibbi yardım göstərilib:

"Gecə saat 2-də xəstəxanada 6 nəfər olub ki, onların da 4-ü səhərə yaxın evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər müalicəsini davam etdirir. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş iş rejimində işləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti