...

“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2019 14:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.
“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan və Şəkidə keçirilib. AQTA əməkdaşları Xırdalan şəhəri 5 saylı tam orta məktəblə Şəki şəhəri 5 və 14 saylı tam orta məktəblərin şagirdləri ilə görüşüb.

Tədbirlərdə şagirdlərə Agentliyin fəaliyyət istiqaməti və layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti