...

“Trend.az”, “Day.az”, “Milli.az” və “Azernews.az” əməkdaşları 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Dekabr 2019 14:38 (UTC +04:00)
“Trend.az”, “Day.az”, “Milli.az” və “Azernews.az” saytlarının əməkdaşları Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak ediblər
“Trend.az”, “Day.az”, “Milli.az” və “Azernews.az” əməkdaşları 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Vüqar İmanov - Trend:

“Trend.az”, “Day.az”, “Milli.az” və “Azernews.az” saytlarının əməkdaşları Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak ediblər.

Trend-in məlumatına görə, aksiyada ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Qeyd edək ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti