...

2 saylı seçki məntəqəsində 1378 seçici qeydiyyatdan keçib

Cəmiyyət Materials 23 Dekabr 2019 08:46 (UTC +04:00)
Dekabrın 23-də saat 08:00-da 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsi açılıb.
2 saylı seçki məntəqəsində 1378 seçici qeydiyyatdan keçib

Bakı. Trend:

Dekabrın 23-də saat 08:00-da 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsi açılıb.

Trend-in məlumatına görə, bu məntəqədə 1378 seçici qeydiyyatdan keçib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti