...

Agentliyin 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub

Cəmiyyət Materials 29 Dekabr 2019 15:31 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan indiyədək işinin öhdəsindən gəlmədiyinə görə 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bunu AQTA sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, agentliyin üç əməkdaşının qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb: "Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti