...

Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2020 11:11 (UTC +04:00)
Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Bakı. Trend:

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar.

Trend-in məlumatına əsasən, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti