...

Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olundu (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2020 14:43 (UTC +04:00)
Fevralın 21-də AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil attaşesi Daiki İşikava ilə görüş keçirib.
Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olundu (FOTO)

Bakı. Trend:

Fevralın 21-də AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil attaşesi Daiki İşikava ilə görüş keçirib.

İnstitutdan Trend-ə verilən məlumata görə, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun Asiya və Sakit Okeaniya regionu ölkələri şöbəsinin əməkdaşları iştirak ediblər.

G.Baxşəliyeva yapon diplomata Şərqşünaslıq İnstitutunun tarixi və institutun elmi istiqamətləri barədə məlumat verib. O, institutda bir neçə il öncə yaradılmış Asiya və Sakit Okeaniya regionu ölkələri şöbəsi barədə danışıb və həmin şöbədə Yaponiya üzrə mütəxəssisin də fəaliyyət göstərdiyini bildirib. Gövhər xanım Şərqşünaslıq İnstitutunun Yaponiyanın elm və təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə bu cür əməkdaşlığın perspektivləri müzakirə olunub.

Asiya və Sakit Okeaniya regionu ölkələri şöbəsinin müdiri f.ü.f.d. Zenfira Şıxəlibəyli rəhbərlik etdiyi şöbənin əməkdaşlarını təqdim edib və burada region ölkələri, xüsusən də Yaponiya ilə bağlı aparılan tədqiqatlardan danışıb.

Yaponiya ilə əlaqədar tədqiqatlar aparan Afaq Nərimanova Daiki İşikavaya öz araşdırmaları ilə bağlı məlumat verib.

Çinşünas mütəxəssis, c.ü.f.d. Rafiq Abbasov da şöbədə Yaponiya ilə bağlı tədqiqatların genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Daiki İşikavaya Şərqşünaslıq İnstitutun da Yaponiya ilə bağlı tədqiqatların aparılmasından məmnun qaldığını bildirib və bu sahəyə Yaponiya səfirliyinin də dəstək verməyə hazır olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti