...

Bakı metrosunda problem - Sərnişinlər qatardan düşürüldü

Cəmiyyət Materials 2 Mart 2020 10:15 (UTC +04:00)
Bakı metrosunda problem - Sərnişinlər qatardan düşürüldü

Bakı. Samir Əli Trend:

Bakı metrosunda qatarda növbəti dəfə problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib:

"Maşinist təhlükəsizlik məqsədilə qatara baxış keçirmək məcburiyyətində qalıb. Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Qatarın yerinə isə xəttə depodan yeni qatar buraxılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti