...

Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Cəmiyyət Materials 19 Mart 2020 17:14 (UTC +04:00)
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” QSC Trend-ə verilən məlumata əsasən, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Nəzərinizə çatdırırq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti