...

Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 28 Mart 2020 18:07 (UTC +04:00)
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir.

Trend-in məlumatına görə, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 101 qrup yaradılıb.

Qruplar əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində habelə fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlər ilə aparılan söhbət zamanı bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə mütləq qaydada əməl edilməlidir. Bildirilib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub. Eyni zamanda, sakinlərə xüsusi karantin rejiminin tələblərinin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti