...

AzMİU-da onlayn dərslər davam edir (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2020 12:41 (UTC +04:00)
AzMİU-da onlayn dərslər davam edir (FOTO)

Bakı. Trend:

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər distant tədris olunur. Martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, Zoom call proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunur. Dərslər 3 - Azərbaycan, rus və ingilis dillərində aparılır. Bu günə qədər distant dərslərdə 5000 tələbə iştirak edib. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.

Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələri üçün də onlayn dərslərin verilməsi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti